UEFA Çempionlar Liqasında və Avropa Liqasında 1-ci təsnifat mərhələsinin bütün oyunları üçün hakim, hakim-inspektor və UEFA nümayəndəsi təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu oyunlara azərbaycanlı hakim və hakim-inspektorlardan heç kim təyinat almayıb. Yalnız iki həmyerlimiz UEFA nümayəndəsi kimi təyinat alıb. Bunlar Orxan Hüseynzadə və Könül Mehdiyevadı.
Mehdiyeva Latviyanın "Liepaya” və İsveçin "Hakken” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq. İyulun 12-də Liepayadakı "Dauqava” stadionunda keçiriləcək bu görüş Bakı vaxtı ilə saat 20:05-də start götürəcək.
Hüseynzadə isə Gürcüstanın "Çixura” və İsrailin "Beytar” klublarının görüşünə təyinat alıb. Tiflisdəki "Mixail Mesxi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Fanat.Az