Milli komandamızın üzvü Ramil Şeydayevin Avstriyanın "Mattersburq” klubuna keçidi baş tutumayıb.
Fanat.Az xəbər verir ki, Sloveniyaya yollanaraq "Trabzonspor"un təlim-məşq toplanışına qatılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:
"Azərbaycan milli komandasının da üzvü olan Ramil Şeydayev baş məşqçimiz Ünal Karamandan 27 iyunda başqa bir klubla danışıqlar aparmaq üçün icazə istəyib. Baş məşqçimizə bu danışıqların nəticəsiz qaldığını bildirən Şeydayev Sloveniyadakı toplanışa qatılmaq istədiyini bildirib. Ünal Karamanın razılığı əsasında futbolçu həftəsonu komanda ilə məşqlərə başlayacaq".
Fanat.Az