Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
Fanat.Az-ın klubun "Facebook" səhifəsinə istinadən məlumatına görə, komanda son gündə 2 məşq keçib.
Yuri Maksimovun yetirmələri sabah İstanbula gedərək, ordan Maltaya yola düşəcək.
"Keşlə” iyulun 12-də AL-in I təsnifat mərhələsi çərçivəsində yerli "Baltsan” klubunun qonağı olacaq.
Fanat.Az