Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernandu Santuşla bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurumun prezidenti Fernandu Qomeş "DÇ-2018"in 1/8 final mərhələsində mübarizəni dayandırsalar da, baş məşqçi ilə yola davam edəcəklərini bildirib.
"AVRO-2016"nın qalibi olduqdan sonr Santuşla 2020-ci ilə qədər müqavilə bağlamaq qərarına gəldik. Qərarı qəbul edərkən bütün perspektivləri və "DÇ-2018"dəki mümkün problemləri nəzərə almışdıq. Bu faktdı ki, mundialda hədəfimizə çatmadıq. Ancaq bu, hər şeyi dəyişmək anlamına gəlməməlidi. Qarşıdan Millətlər Liqası və "AVRo-2020" gəlir. Biz Avropa çempionuyuq və bu titulu qorumağa çalışacağıq”.
Fanat.Az