"Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik".
Fanat.Az xəbər verir ki, Bu sözləri UEFA Millətlər Liqasının D divizionunda Azərbaycanla eyni qrupda yer alan Kosovo yığmasının baş məşqçisi Bernar Şalland deyib.
67 yaşlı isveçrəli mütəxəssis rəqiblərin asan olmadığını bildirib: "Rəqiblərimizin asan olduqlarını düşünməyin. Əlbəttə, çoxlu problemimiz olacaq. Lakin öz oyunçularıma və lazımi nəticələri əldə edəcəyimizə inanıram. Beynimdə mərhələ adlayan Kosovo var, amma digər tərəfdən, daha güclü komanda olmaq üçün işləməliyik. Ona görə də yerlə getməli, Azərbaycan, Farer adaları və Maltanı asanlıqla keçəcəyimizi düşünməməliyik. Hədəfə çatmaq üçün işə bağlılıq, zəhmət və sadiqlik lazımdır. Mənim və məşqçilər heyətinin işi bu nəsli gələcəyə hazırlamaqdır. U-19 və U-21 yığmalarının baş məşqçiləri ilə əlaqədəyəm. Çünki Kosovonun gələcəyi var".
Fanat.Az