Avropa Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində "Qəbələ", "Neftçi" və "Keşlə" təmsil edəcək.
Klublarımız bu gün ilk oyunlarına çıxacaqlar.
Azarkeşlər bu matçlar televiziya vasitəsi canlı izləyə biləcəklər.
21:00-da başlanacaq "Neftçi" - "Uypeşt" oyunu "CBC Sport"da, 20:00-da keçiriləcək "Qəbələ" - "Proqres" görüşü isə "İdman Azərbaycan" vasitəsi ilə nümayiş olunacaq.
Fanat.Az