Lüksemburqun "Proqres" klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə səfərdə 2:0 hesabıyla qalib gəldikləri ilk qarşılaşmadan sonra mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, lüksemburqlu mütəxəssis qələbəyə layiq olduqlarını bildirib:
"Məncə, bu gün qələbəni haqq etdik. Oyun boyunca düzgün oynadıq. Sıx oynadıq. şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdı. Şans bu gün biz tərəfdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədiniz. "Qəbələ” haqqında danışmaq istəmirəm. Biz bura rəqibi tanıyaraq hazırlıqlı gəlmişdik. Bizim bir planımız var idi və 90 dəqiqə boyunca onu tətbiq etdik. Yorulduq, amma şansımızdan yararlandıq. Bizim də rəqib kimi bir həftə hazırlaşmağa vaxtımız olacaq. "Qəbələ"nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq".
Fanat.Az