"Keşlə"nin Maltanın "Baltsan" klubu ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı rusiyalı hakimlər briqadasına həvalə edib.
Görüşün baş hakimi Mixail Vilkov olacaq. Ona Aleksey Vorontsov və Vladimir Mineviç yardım edəcək. Dördüncü hakim funksiyasını Aleksey Suxoy yerin yetirəcək.
Matçın UEFA nümayəndəsi Şimali İrlandiyadan Krauford Vilson, hakim-inspektoru ingilis Stefan Lodc olacaq.
Qeyd edək ki, iyulun "Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq. İlk görüşdə "Baltsan" "Keşlə"yə böyük hesabla qalib gəlib - 4:1.
Fanat.Az