Avrokubokların I təsnifat mərhələsinin 3-cü oyun günündən sonra UEFA-nın əmsallar cədvəli yenilənib.
Fanat.Az-ın məlumatına görə, Avropa Liqasında baş tutan 40 görüş cədvəldə dəyişikliklərə səbəb olub.Dəyişikliklər Azərbaycandan da yan keçməyib. Meydana çıxan 3 komandamızdan yalnız "Neftçi” qalib gəlibsə, "Qəbələ” və "Keşlə” "cırtdanlar”la matçlarda uduzaraq yerli futbolsevərləri üzüb.
Nəticədə Avropa Liqasındakı təmsilçilərimiz ölkəmizə 0,250 əmsal qazandırıb. Bununla da 5 illik əmsalımız 17,125-ə yüksəlib. Bir gün əvvəl Azərbaycan Belarusa çatıb, əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxsa da, artıq mövqeyini əldən verib. Yenidən 22-ci sıraya dönən ölkəmiz Belarusu önə buraxıb.
Fanat.Az