"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klub ilə keçirəcəyi cavab görüşünə bilet satışı davam edir.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, iki gün ərzində 5 min bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Olimpiya" oyununun biletlərini Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, ASAN Xidmət Mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, 28 Mall-dan, Gənclik Mall-dan, Park Bulvar-dan və iTicket.az saytından əldə etmək olar. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1, 2,3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.
Onu da qeyd edək ki, iyulun 18-də keçiriləcək "Qarabağ” - "Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az