Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz” transfer çalışmalarını davam etdirir.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının "Facebook" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Joze Alesionun istəyi ilə ölkə çempionu iki futzalçı ilə anlaşıb.
Söhbət braziliyalı Eder Rogerio Rabel Silverio və Riçard Viktor Murilo da Silvadan gedir. 28 yaşlı Eder müdafiəçi, 25 yaşlı Riçard isə sol cinah hücumameyllidi.
Hər iki oyunçunun son klubu "Marreko” olub. Onların iyulun sonunda "Araz”a qoşulmaları gözlənilir.
Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Araz"ın üzvü Qalo İspaniyanın "Levante", Eduardo isə Fransanın "Acces Futsal" klubu ilə anlaşmışdı.
Fanat.Az