İyulun 16-dan 29-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq "Sabah” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq paytaxt təmsilçisinin iki rəqibi müəyyənləşib.
Topaz Premyer Liqasının debütantı iyulun 18-də Türkiyə birinci liqasında mübarizə aparan "Giresunspor”, iyulun 28-də isə Super Liqa təmsilçisi "Alanyaspor”la qarşılaşacaq. Digər iki rəqibin adı hələ dəqiqləşməyib.
Fanat.Az