Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, millimiz "Keşlə”nin əvəzedici komandası ilə qarşılaşıb.
U-19 bu matçda 4:0 hesabı ilə qələbə qazanıb. Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub.
U-19 növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. "Qəbələ”nin əvəzedici komandası ilə Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.
Fanat.Az