Rusiyada başa çatan dünya çempionatının bombardiri Harri Keyn olub.
Fanat.Az xəbər verir ki, mundialı 4-cü yerdə başa vuran İngiltərə millisinin üzvü 6 qola imza atıb.
Keyn qrup mərhələsinin Panama ilə matçında het-trik, Tunislə görüşündə dubl edib, 1/8 finalın Kolumbiya ilə matçında bir qol vurub. 1/4 finalın İsveç, yarımfinalın Xovatiya və üçüncü yer uğrunda oyunun Belçika ilə görüşlərində fərqlənə bilməyən futbolçu qollardan üçünə pnaltidən imza atıb.
Qeyd edək ki, "DÇ-2018"də Keyndən sonra ən çoq qol vuran futbolçular Romelu Lukaku (Belçika), Antoine Qrizmann (Fransa), Kylian Mbappe (Fransa), Kriştiano Ronaldo (Portuqaliya) və Denis Çerişev (Rusiya) olub. Onlar hərəyə 4 dəfə fərqlənib.
Fanat.Az