Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ”ın qonağı olacaq "Olimpiya”nın iyulun 17-də səhər saatlarında çarter reysi ilə Bakıya gələcək.
Fanat.Az xəbər verir ki, uzun müddətdi zədədən əziyyət çəkən müdafiəçi Alyaz Krefl və yarımmüdafiəçi Nathan Oduva Bakıda Lyublyana təmsilçisinə kömək edə bilməyəcək. Bundan başqa, ilk görüşdə qırmızı vərəqə alan hücumçu Abbas İssa səfər aoyununa gəlməyəcək.
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. "Qarabağ” ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az