"Keşlə"nin baş məşqçisi Yuri Maksimov istefa verib.
Fanat.Az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən klubun çalışdırıcısı öz istəyi ilə postunu tərk edib.
Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə uduzub. Bu komandalar arasında cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.
Bu ilin yanvarından "Keşlə"yə rəhbərlik edən Maksimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Bir müddət əvvəl onun müqaviləsi bir illik uzadılmışdı.
Fanat.Az