FİFA Serbiya Futbol İttifaqını cərimələyib.
Fanat.Az xəbər verir ki, buna İsveçrənin futbolçuları Qranit Xaka və Xerdan Şakiri səbəb olub. Belə ki, Rusiyada keçirilən dünya çempionatında iki ölkənin yığmaları arasında qrup mərhələsində baş tutmuş oyunda serbiyalı azarkeşlər sözügedən futbolçulara plastik qab və stəkan atıblar. Nəticədə dünyanın ali futbol qurumu SFİ-ni 54 min frank məbləğində cərimələyəib.
Həmin oyunda İsveçrə qalib gəlib - 2:1.
FİFA Serbiya ilə oyundan sonra Qranit Xaka və Xerdan Şakirini də 10 min frank cərimələyib. Onlar Serbiya ilə oyunda qol vurduqdan sonra Albaniya qartalını təsvir ediblər.
Fanat.Az