Avropa Liqasının I təsnifat mərhələsində "Baltsan”ı qəbul edəcək "Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, hər iki tədbir matçın oynanılacağı "Dalğa Arena”da baş tutacaq.
Belə ki, sabah 19:30-da baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılov jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.
Qeyd edək ki, "Keşlə” – "Baltsan” oyunu iyulun 19-da olacaq. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada meydan sahibləri 4:1 hesablı qələbə qazanıb.
Fanat.Az