Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışı keçən olan "Sumqayıt”ın yoxlama oyunu keçirəcəyi iki rəqib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov komandanı Qətərin ”Əl Şahaniya” və Türkiyənin "Alanyaspor” klubları ilə oyunda sınayacaq.
Qətər təmsilçisi ilə oyun iyulun 19-da Kızılcahamamda baş tutacaq və Bakı vaxtı ilə 18.00-da start götürəcək.
Super Liqa klubun ilə görüş isə ayın 22-də keçiriləcək. Topuk yaylasında baş tutacaq matçın saatı bəlli deyil.
Qeyd edək ki, "Sumqayıt” Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Onu da qeyd edək ki, "Əl Şahaniya” iyulun 15-də digər təmsilçimiz "Səbail”lə yoxlama matçı keçirib və oyun 2:2 hesabı ilə nəticələnib. "Alanyaspor” isə iyulun 28-də Premyer Liqanın debütantı "Sabah”la üz-üzə gələcək.
Fanat.Az