UEFA azərbaycanlı hakim Xəyalə Əzizzadəyə yeni təyinat verib.
Fanat.Az xəbər verir ki, xanım hakim İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında ilk təyinatını alıb.
Xəyalə Əzizzadə B qrupunun Hollandiya - İtaliya matçında yan xətt hakimi olacaq. Qarşılaşmanın baş hakimi isveçli Tes Olofson olacaq.
Qeyd edək ki, Hollandiya - İtaliya matçı iyulun 18-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq.
Fanat.Az