"Riçard iki ay məşq etməyib və cəmi 2 həftədi çalışmalara qatılıb”.
Fanat.Az-ın məlumatına görə, bu sözlər "Astana”nın baş məşqçisi Roman Qriqorçuka məxsusdu.
Qazaxıstanklubu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün "Sutyeska” ilə səfərdə cavab oyunu keçirəcək. Ukraynalı Monteneqroya Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanı da aparıb.
Ancaq mütəxəssis "sambaçı”ya debüt şansı yaratmayacağını söyləyib: "Hisslərə qapılmaq olmaz. Riçard hələ oynamağa hazır deyil Çünki idmanı aldatmaq çətindi. Sistem olmalı və işlər düzgün qurulmalıdı. Futbolçu hazır deyilsə, deməli, superfutbolçu deyil və meydana çıxmamalıdı. Buna görə də, səbrlə Riçardın 100 faiz hazır olacağı vaxtı gözləyəcəyik. İşin doğru tərəfi budu. Hətta biz futbolçunun meydana çıxmasını istəsək belə, o özü başa düşməlidi ki, hazır deyil. Qısası, Almeydanın meydana çıxması bir qədər gec olacaq”.
Qeyd edək ki, "Astana” öz meydanında "Sutyeska"nı 1:0 hesabıyla yenib.
Fanat.Az