"Trabzonspor” Ramil Şeydayevi icarəyə verəcək.
Fanat.Az xəbər verir ki, buna səbəb baş məşqçi Ünal Karamanın millimizin hücumçusunun hazırlıq səviyyəsindən razı qalmaması olub.
Ötən gün Xorvatiyanın "Lokomotiv" klubu ilə yoxlama oyununda komandasının qələbə qoluna imza atan Ramil buna baxmayaraq baş məşqçinin etimadını qazana bilməyib. Amma Ünal Karaman onun satılmasını yox, təcrübə toplaması üçün icarəyə verilməsini istəyir.
Fanat.Az