Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah” bu gün ilk yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqanın debütantı Türkiyə I liqa təmsilçisi "Giresunspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. "Sabah"ın qolunu yeni transfer Vitali Kvaşuk vurub. O, 55-ci dəqiqədə cərimə zərbəsindən gözəl qola imza atıb.
Qeyd edək ki, "Sabah" növbəti yoxlama görüşünü iyulun 28-də isə Superliqa təmsilçisi "Alanyaspor”la qarşı keçirəcək.
Fanat.Az