"İlk növbədə "Qarabağ"ı Çempionlar Liqasının II təsnifat mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Eyni zamanda hər iki komandanı təbrik edirəm. Bərabər səviyyəli komandaların oyunu idi. Bizim üçün ilk mərhələdə çətin rəqib düşmüşdü. Eləcə də "Olimpiya" "Qarabağ" üçün asan rəqib deyildi. Hiss olunurdu ki, rəqib ilk oyundakı üstünlüyünü sonadək qorumaq istəyir. Futbolçularımız sonadək çalışdılar. Bundan sonra turnirdə "Qarabağ"ı dəstəkləyəcəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan (0:0) sonra Sloveniyanın "Olimpiya” klubunun baş məşqçisi İliya Stolitsa deyib.
Matçın ikinci yarsında olduqca aqressiv görünən rəqib çalışdırıcı bunun səbəbini belə izah edib: "Oyunun gətirdiyi emosiyalarla bağlı idi. Ancaq hər hansı xüsusi halın qeydə alındığını demək olmaz. Sadəcə, baş məşqçi kimi oyuna müdaxilə etməyə çalışırdım".
Stolitsa əvəzetmələrdə risk etməsi ilə bağlı suala belə cavab verib: "3-cü dəyişiklik hücumu gücləndirmək məqsədi ilə edilmişdi. Digəri məcburi idi. Üzücü məqam iki oyunda bir həlledici səhvin ümumi nəticəyə təsir etməsi oldu".
Fanat.Az