Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Kukesi” klubunun baş məşqçisi Armando Kunqu açıqlama verib.
Fanat.Az xəbər verir ki, Albaniya klubunun çalışdırıcısı rəqibin kimliyinin önəmli olmadığını bildirib:
"Açığını desəm, "Qarabağ”la "Olimpiya” arasındakı oyunu izləmədim. Çünki həmin axşam ailə yeməyində idik. Mən internetdə saytlara girib, bu oyunların hansı telekanallarda yayımlandığını tapmaq barəsində elə də yaxşı deyiləm. Amma klub oyunun videoyazısını hazırlayıb, hamımız birlikdə izləyəcəyik. Mənim üçün rəqibin kimliyi önəmli deyil. Çünki irəliyə getdikcə vəziyyət çətinləşir, daha güclü komandalarla qarşılaşırsan. Dünənki oyun da göstərdi ki, "Qarabağ” və "Olimpiya” demək olar ki, bərabər səviyyəli komandalardır”.
Fanat.Az