"Sabah” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib.
Fanat.Az-ın klubun "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə örə, serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlanıb. 33 yaşlı qolkiper 30 nömrəli futbolkada çıxış edəcək.
Qeyd edək ki, Saşa karyerası ərzində Serbiyanın "Radniçki 1932”, "Napredak”, "Srvena Zvezda”, Qazaxıstanın "Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə "Neftçi”nin şərəfini qoruyub.
Fanat.Az