"Neftçi” rəhbərliyi U-16 komandasının baş məşqçisi Bəhram Şahquliyevi istefaya göndərərkən maraqlı olay yaşanıb.
Fanat.Az-ın məlumatına görə, klubun idarəçiləri mütəxəssisdən halallıq istəyib. Şahquliyev isə "ürəyimdən gəlməyəni dilimə gətirə bilmərəm. Sizə halallıq vermirəm və gələcək işlərinizdə uğursuzluqlar arzulayıram” deyib.
Görünən budur ki, Bəhram bəyə aşağı yaş qruplarından birinin baş məşqçi postunu çox görənlər, sözü üzə dediyinə görə onunla işləmək istəməyənlər çalışdırıcının ürəyini böyük fiasko ilə rahatlada bilib. Avropa Liqasındakı ilk oyunda "Uypeşt”i evdə 3:1 hesabıyla yenən bakılılar səfərdə uğur mələklərinin qəzəbinə tuş gəlib – 0:4. Sonrasını isə zaman göstərəcək.
Fanat.Az