"Neftçi”nin büdcəsindən Slavko Braliçin transferi zamanı 30 min dollar oğurlanıb.
Fanat.Az-ın məlumatına görə, xorvat müdafiəçi daha öncə Qazaxıstanın 4, Azərbaycanın 6 klubuna illik 50 min dollar məvacibə təklif olunsa da, sonda bakılılar futbolçunu ildə 80 min dollar əməkhaqqı şərti ilə heyətinə qatıb.
"Sabah”ın çalışdırıcısı Elşad Əhmədovun da bəyənmədiyi legionerin (debütant heç bir futbolçuya 50 mindən artıq məvacib vermir) "xalq komandası”na yerləşdirilməsi bütün hallarda böyük suallara meydan verir.
Ağıla məntiqəuyğun olaraq ilk gələn isə budur: mərkəz müdafiəçisinin keçidini 50 minə rəsmiləşdirən klub rəsmiləri menecerlərlə əlbir olaraq klubun büdcəsindən pul silib.
Fanat.Az