2018/19 mövsümündə Premyer Liqada debüt edəcək "Sabah” transfer çalışmalarını davam etdirir.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu daha bir oyunçu ilə anlaşıb.
Bakılılar paraqvaylı yarımmüdafiəçi Erik Ramosu heyətinə qatıb. 31 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, karyerası ərzində Paraqvayın "12 Oktyabr”, "3 Fevral”, "Rubio”, "General Dias” komandalarının şərəfini qoruyan Erik Ramos 2012-2016-cı illərdə ölkəmizdə "Neftçi”nin formasını geyinib.
Fanat.Az