Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt” klubunun yoxlama matçı keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqasında çıxış edən "Yeni Malatyaspor”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Sumqayıt” Bolu toplanışında Qətər təmsilçisi Əl-Şəhaniyə” ilə 1:1 hesablı heç-heçə edib və Türkiyə Super Liqasında yer alan "Alanyaspor"a uduzub – 0:7. Premyer Liqa klubu hazırlıq dönəmində daha bir yoxlama görüşü planlaşdırır.
Fanat.Az