Nigeriya milli komandasının məşqçisi Salisu Yusuf həbs olunub.
Fanat.Az xəbər verir ki, buna səbəb 56 yaşlı mütəxəssisin rüşvət alması olub. Belə ki, Salisu Yusuf 2017-ci ildə Afrika Millətlər Kubokunun oyunları üçün yığmaya cəlb etməyin müqabilində 2 futbolçunun agentindən 1000 dollar rüşvət alıb. Bu faktı əks etdirən görünütləri yayımlanıb və məşqçi həbs edilib.
Salisu Yusuf rüşvət almadığını, pulu hədiyyə qismində götürdüyünü bildirib.
Qeyd edək ki, Yusuf 2016-cı ilin aprelindən oktyabrınadək Nigeriya yığmasının baş məşqçi vəzifəsini müvəqqəti icra edib. O, 2018-ci il dünya çempionatında millinin məşqçilər korpusunda yer alıb.