"Kukesi” Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ”a qarşı ilk oyununda meydana 5 müdafiəçi ilə çıxacaq.
Fanat.Az "Panorama Sport”a istinadən xəbə verir ki, Albaniya klubunun baş məşqçisi Armando Kunqu bu oyunda 5-4-1 taktiki sxemindən istifadə edəcək.
Qapını Stivi Fraşerin qoruyacağı gözlənilir. Müdafiə xəttində Edis Malikyi, Yulli Şameti, Albi Alla, Haralamb Kayki və Simos Rumbulaku yer alacaq. Yarımmüdafiədə Arber Çyorbya, Besar Musoli, İrakli Cariya və Vilyam Kordeyru Melu oynayacaq. Yeganə hücumçu isə Sebino Plakuya olacaq.
Qeyd edək ki, "Qarabağ” "Kukesi” ilə ilk matçını bu gün səfərdə keçirəcək. "Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab qarşılaşması isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunacaq və saat 21:00-da start götürəcək.
Fanat.Az