FIFA Rusiyada keçirilmiş dünya çempionatının rəmzi komandasını açıqlayıb.
Fanat.Az xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunn nəticəsinə uyğun olaraq hazırlanan siyahıda çox səsi Xorvatiya millisinin və "Real"ın yarmmüdafiəçisi Luka Modriç toplayıb.
Heyətə Argentina millisinin kapitanı Lionel Messi və Braziliya yığmasının hücumçusu Neymar düşməyib. Portuqaliya millisinin kapitanı isə "11-lik"də özün yer edib.
Qapıçı: Tibo Kurtua (Belçika).
Müdafiəçilər: Marselo (Braziliya), Dieqo Qodin (Uruqvay), Tiaqo Silva (Braziliya), Rafael Varan (Fransa).
Yarımmüdafiəçilər: Filippe Koutinyo (Braziliya), Devin De Bruyne (Belçika), Luka Modriç (Xorvatiya).
Hücumçular: Harri Keyn, Kilian Mbappe (Fransa), Kriştianu Ronaldu (Portuqaliya).
Qeyd edək ki, "DÇ-2018"in finalında Fransa millisini Xorvatiya yığmasını 4:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.
Fanat.Az