"Neftçi” fanatlarından biri "Topaz”dan 570 manat qazanıb.
Fanat.Az-a verilən məlumata görə, həmin tərəfdar yuxuda gördüyü hesaba 10 manat pul qoyub və 57 əmsallıq proqnoz doğrulub.
Belə ki, adının açıqlanmasını istəməyən azarkeş Avroliqanın ilkin təsnifat mərhələsinin birinci matçında "Uypeşt”i 3:1 hesabıyla yenən bakılıların səfərdə 4 cavabsız qol "yeyəcəyinə” pul qoyuluşu edib. Bakı təmsilçisinin 0:4 hesablı yenilgisinə üzüldüyünü deyən fanat yuxularının həmişə çin çıxdığını bildirib.
Fanat.Az