Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, "kimyaçılar” "Yeni Malatyaspor”la qarşılaşıb.
Superliqa klubu ilə oyun təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Belə ki, Nazim Süleymanovun komandası malatyalılara 3:1 hesabı ilə qalib gəliblər.
"Kimyaçılar”ın heyətində Yusif Nəbiyev 36 və 60-cı dəqiqələrdə dubl edibsə, Əfran İsmayılov bir dəfə fərqlənib. Malatyalılardan Butaib qol sevinci yaşayıb.
Qeyd edək ki, "Sumqayıt” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşündə Qətər klubu "Əl-Şəhaniyə” ilə bərabərə qalıb (1:1), ikinci matçında isə "Alanyaspor” qarşısında darmadağın olub – 7:0.
Fanat.Az