Türkiyədə təlim-məşq toplanışını sürdürən"Sabah” növbəti yoxlama oyununu keçirib.
Fanat.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, rəqib Sport Toto 2-ci liqa təmsilçisi "Sancaktepe Belediyyespor” olub.
"Bolu Termal Otel”in meydançasında keçirilən görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Komandanın heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.
Qeyd edək ki, "Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk iki oyunda "Giresunspor” və "Osmanlıspor”la 1:1 hesablı heç-heçə edib.
Fanat.Az