Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah” növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu yerli "Sancaktepe Bələdiyyəspor”la qarşılaşıb.
Matç 2:2 hesabı ilə başa çatıb. Komandanın heyətində Elşən Abdullayev və Elgün Nəbiyev fərqlənib.
Qeyd edək ki, "Sabah" bundan əvvəl "Giresunspor” (1:1) və "Osmanlıspor”la (1:1) bərabərə qalıb.
Fanat.Az