Kamran Quliyev Litvanın "Yonava" klubunda debüt edib.
Fanat.Az xəbər verir ki, gənc futbolçu ilk oyununu "Daynava Alytus" klubna qarşı keçirib. 18 yaşlı hücumameylli yarımmüdafiəçi komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçda dubl edib. Kamran 57 və 84-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi futbolçu bu yay "Yonava"ya transfer olunub.
Fanat.Az