"Fənərbaxça” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozancan Kökçünün qardaşı Orkunu trasfr edir.
Fanat.Az xəbər verir ki, bu barədə "Takvim” qəzeti məlumat yayıb.
Bildirilir ki, Hollandiyanın "Feyenoord” klubunda çıxış edən 17 yaşlı yarımmüdafiəçi "Fənərbaxça" ilə ilkin razılıq əldə edib. Orkunla danışıqlarda İstanbul klubunun əsas komandasının holland baş məşqçisi Fillip Koku iştirak edib.
Orkunu "Fənərbaxça" ilə yanaşı, "Beşiktaş” da istəyit.
Qeyd edək ki, Hollandiya və Türkiyə vətəndaşlığı daşıyan Orkun Kökçü qardaşı kimi Azərbaycan millisininə oynaya biləcəyini istisna etməyib.
Fanat.Az