Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən "Qəbələ” iki yoxlama oyunu keçirəcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar”ın rəqiblərindən biri dəqiqləşib.
Sənan Qurbanovun yetirmələri iyulun 31-də klubun əvəzediciləri ilə görüşəcək. "Qəbələ” avqustun 4-də mövsümöncəsi son sınağına çıxacaq. Bu matçdakı rəqib hələ dəqiqləşməyib.
Fanat.Az