11:45 28.07.2018 1307

Zaur Axundov: "Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim"

Fanat.Az Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun AFF-nin mətbuat xidmətinə müsahibəsini təqdim edir. Qeyd edək ki, bu gün Zaur Axundovun 45 yaşı tamam olur.

- Deyəsən, hələ də "Keşlə”nin Avropa Liqasındakı yenilgisinin şokundan ayılmamısınız? 
- "Baltsan”ı keçə bilərdik, keçməliydik də. Cütün taleyinin səfərdəki məğlubiyyətlə həll olunmasına baxmayaraq, Bakıda istəyimizə yaxın idik. Amma vaxt qalmamışdı. Səhv məndədir, Yuri Maksimovu kubokdan dərhal sonra göndərməliydim. Daha doğrusu, yeni müqavilə bağlamamalıydım. Amma futboldur, belə hallar qaçılmazdır. Açığı, şokdan hələ ayılmamışam.

- Ad gününüzü adətən necə qeyd edirsiniz?
- Dəyişilməz dostlarım var, hansı ki, 20-25 ilin ayrılmaz dostlarıyıq. Adətən ad günlərində bir yerə yığışırıq. Hər dəfə 5-10 nəfər yığışıb qeyd edirik. Həm də təkcə ad günündən-ad gününə yox, tez-tez yığışırıq.

- Ümumiyyətlə, istirahət günləri ilə bağlı xüsusi adətiniz, vərdişiniz var? Məsələn, daim eyni məkanda yeyib-içmək kimi... 
- Demək olar, bütün şənbə və bazar günləri yaxınlarla bir araya gəlirik. 45 yaşımın tamam olması həftəsonuna təsadüf edir, yenə yığışıb vaxt keçirəcəyik, adını da qoyacağıq ad günü. Çox sevirəm ki, istirahət günləri dostlarla görüşək, 2-3 saat bir yerdə olaq. Həftəiçi iş qrafikinə görə mümkün olmur, yoxsa bir yerdə daha çox vaxt keçirərdik. Çox vaxt eyni məkana üz tuturuq, ancaq yayda dəniz kənarına gedirik. Çay içirik, nərd oynayırıq. 

- Hədiyyə almağı xoşlayırsınız? 
- Kiməsə hədiyyə bağışlamağı daha çox xoşlayıram.

- Sizin üçün ən qiymətli hədiyyə hansı olub?
- İstəyirsiz ad günüm ərəfəsində xoşladığım hədiyyənin adını çəkim ki, yaxınlarım oxuyub mənə onu alsınlar? (gülür). İnanın səmimiyyətimə, illərin sınağından çıxmış dostlarla vaxt keçirmək nəyə desən dəyər. 

- Geriyə boylanan zaman darıxdığınız məqamlar olurmu? 
- Hərdən məktəb illəri üçün darıxıram. Dostlarımın arasında məktəb yoldaşlarım da var. Hər dəfə yığışanda o gözəl günlərin xatirələrini yada salırıq. Düzdür, məktəb illərimizin sonu keçid dövrünə düşdü. Müəyyən proseslər baş verdi ki, hamımız o çətinlikləri yaşamalı olduq. Şükürlər olsun, 1994-cü ildən etibarən hər şey yoluna düşdü, dövlətçiliyimiz möhkəmləndi, ölkəmizin iqtisadi qüdrəti artdı, inkişaf səviyyəsi yüksəldi. Biz də çalışırıq ki, ölkəmizə faydalı olaq, bacardığımız qədər xidmət edək, məşğul olduğumuz sahəni inkişaf etdirək. 

- Hansı ad gününüz daha yaddaqalan olub? 
- 20 illik yubileyim. Onda başıma daha çox dost-tanış toplaşmışdı. Cavan vaxtlarım idi. Yadımdadır, 70-80 nəfərlik məclis idi. Təbii ki, hər yaş dövrünün öz gözəlliyi var.

- Yaş üstə yaş gələndə adam ikili hisslər keçirir. Bir yandan insan kamilləşir, digər tərəfdən, kədərlənir ki, ömür qısalır... 
- Mən onu fikirləşmirəm. Allahın verdiyi ömürdür. Təbiətin qanununa soyuqqanlı yanaşıram. Açığı, illərin necə tez keçdiyini hiss etməmişəm, gözümü yumub açınca, 45-ə çatmışam.

- Görünüşcə, sərt birinə oxşayırsız. Ailədə də beləsiz? 
- Eynilə. Sərt təsir bağışlamağım qayda-qanun sevməyimdən irəli gəlir. Mənim üçün intizam ən vacib məqamdır. İstər işdə, istərsə də ailədə. 

- Bilirik ki, idmançı ailəsində böyümüsüz, özünüz də bu yolu seçmisiz. Bəs övladlarınızın necə, bu ənənəni davam etdirməsini istəyərsiniz? 
- Üç övlad atasıyam. İkisi qızdır, onlar böyükdür. Birinin 16, o birinin 14 yaşı var. Onlar öz yollarını seçiblər. İncəsənətə - rəssamlığa və musiqiyə meyl ediblər. Oğlum isə balacadır, bu yaxınlarda 7 yaşını qeyd elədik. Balacam artıq 2 ildir futbolla məşğul olur. Hansı komandaya getdiyini deməyəcəm (gülür). Həvəsi böyükdür, bütün futbolçuların adlarını əzbər bilir. "Keşlə”nin oyunlarına da baxır. "Baltsan”a uduzandan sonra çox pis olmuşdu, gecə heç kimi danışdırmadı. Eyni zamanda, mənim kimi o da "Real Madrid” azarkeşidir. Açığı, əvvəl "Barselona”ya azarkeşlik edirdi, mən təsir etdim ona. 7-8 aydır "Real”lıdır. Bir sözlə, gözümün qabağında bir futbolçu böyüyür. 

- Yeri gəlmişkən, Kriştiano Ronaldosuz "Real Madrid” necə görünür? 
- Açığı, Zidandan çox, Ronaldonun gedişinə üzüldüm. Onsuz "Real”a çətin olacaq. Çünki Kriştiano "lokomotiv” idi, əksər azarkeşlər Madrid komandasına ona görə azarkeşlik edirdi. Ronaldo bir növ klubun simvoluna çevrilmişdi. Sıralarımız seyrələ bilər. 

- İşin yorğunluğunu necə çıxarırsız?
- Musiqiyə qulaq asıram. Muğamlara – Arif Babayevə, Alim Qasımova qulaq asıram. Klassik musiqilərimizin yeri tam başqadır. Həm şəxsi, həm də xidməti maşınımda, eləcə də otağımda disklər var, hamısı da öz musiqilərimizdir. Azərbaycan musiqisi çox zəngindir və bir incidir. 

- Sizcə, rəhbərlik etdiyiniz klublarda oynayan futzalçı-futbolçular sizi daha çox sevirlər, yoxsa əksinə? 
- Bu suala onların əvəzinə cavab verə bilmərəm axı. Gizlətmirəm, "Keşlə”nin paltardəyişmə otağına tez-tez baş çəkirəm. Futbolçuların bundan xoşlanmadığından əmin olsam, getmərəm. Amma bu onlara xoş gəlir. Görünür, psixoloji təsir etmişəm, motivasiyalarına təsir göstərmişəm ki, isinmə hərəkətlərinin ardından o 5-10 dəqiqəlik fasilədə məni gözləyirlər. Bu, qarşılıqlı inamdan, sevgidən irəli gəlir. Futzalçılara gəlincə, 2004-dən "Araz”a, 2008-dən federasiyaya rəhbərlik edirəm. Dəfələrlə mənə deyiblər ki, texniki zonada əyləşim, onları ruhlandırım. Bir növ "çığır-bağır salmaq” funksiyasını yerinə yetirirəm. Effekt verir, arxayınlaşmırlar.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X