19 yaşadək futbolçular arasında Avropa çempionatı başa çatıb.
Fanat.Az xəbər verir ki, finalda İtaliya və Portuqaliya milliləri qarşılaşıb. Matçın əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalib əlavə vaxtda müəyyənləşib. Azarkeşlərin ümumilikdə 7 qola şahidlik etdiyi qarşılaşma portuqaliyalıların 4:3 hesablı qələbəsi ilə başa çatıb.
İtaliya millisinin heyətində Moyze Kin dubl edib, bir qolu isə Skamakka rəqib qapısından keçirib. Portuqaliya yığmasının qollarını isə Joau Filippe (2), Fransişku Trinkau və Pedro vurub.