Topaz Premyer Liqasında yeni mövsümə hazırlaşan "Qəbələ ilə "Keşlə” yoxlama görüşündə üz-üzə gələcək.
Fanat.Az xəbər verir ki, qarşılaşma avqustun 4-nə planlaşdırılan oyun "Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Matçın başlama saatı hələlik bəlli deyil.
Qeyd edək ki, Topaz Premyer Liqasında 2018/19 mövsümünə 11-12 avqust tarixlərində start veriləcək. İlk turda "Qəbələ” "Səbail”i, "Keşlə” isə "Sabah”ı qəbul edəcək.
Fanat.Az