"Neftçi"nin Ruslan Abışovun yerinə müdafiəçi axtarışına çıxması haqda məlumat vermişdik. Özü də rəhbərlik legioner müdafiəçi axtarır. Hətta baş məşqçi Roberto Bordinin İtaliyadakı əlaqələrini işə saldığı da deyilir. Lakin klub rəhbərliyinin arzusu ürəyində qala bilər.
Fanat.Az "Rekord.az"a istinadən xəbər verir ki, SOCAR əlavə transfer üçün pul ayırmaq niyyətində deyil. Onsuz da yayda xeyli pul xərcləndi və bunun da uğurlu yekunu olmadı. Komanda "Uypeşt" səddini keçə bilmədi. Bunun özü SOCAR rəhbərliyini yetərincə qəzəbləndirib. Odur ki, onlar qışa qədər əlavə transefrə pul ayırmaq istəmirlər. Klub rəhbərliyinə də çatdırılıb ki, büdcəni hansısa legionerə görə dağıda bilməzlər. Bir sözlə, Bordin başqa variant fikirləşməlidir.
Fanat.Az