16:50 01.08.2018 1604

Zaur Axundovun işgüzar imici

Natiq Muxtarlı

Azərbaycan futbolunun Koroğlusu Zaur Axundov... Niyə Koroğlu? Səbriniz olsun, əvvəlcə bir "mus” deyim, sonra "Mustafa” da deyəcəkdim də. Day keçib, "Niyə Koroğlusu” sualına cavab verim.

Koroğlu döyüşdə qılınc çalıb, qan töküb yorulandan sonra bir oturuma bir cöngə (öküz) yeyirmiş. Zaur Axundov da Azərbaycan futbolunda 4 vəzifə tutur. Qılınc çalıb, qan tökməsə də, hərdən-birdən yumruq-zad atmağı var. Təbii ki, Azərbaycan futbolu naminə. Onu sonuncu dəfə portuqalları döyəndə görüblər. İndi özünüz hesablayın, hər vəzifə üçün sərf edilən enerjini buynuzlu (buynuzsuz işə yaramır, işgüzar nüfuza xələl gətirir) qara qoç yeməklə bərpa etmək olar. 4 vəzifə, buynuzlu 4 qara qoç deməkdir. Buynuzlu 4 qara qoç da bir cöngə edər? Edər! Bax, ona görə də Zaur Axundov Azərbaycan futbolunun Koroğlusu olmağı da haqq edib.

Hə, futbolumuzun Koroğlusu Mətbuat Şurasına şikayət edərək bildirib ki, iki həmkarımız - Elçin Cəlilovla Vüsal Mahmudov onun işgüzar imicinə zərbə vurublar. Elçinin də, Vüsalın da qələminə bələdəm, vurduqları zərbənin açdığı yara, yalan olmasın, "Alazan” raketinin yaratdığı dəlikdən böyük olar ki, kiçik olmaz. İkisi birdən vuranda isə... Onda o işgüzar imic o qədər sanballı olmalıdır ki, dağım-dağım olmasın.

Eləmədim tənbəllik, başladım Zaur Axundovun işgüzar imicini axtarmağa. Bah, "Futbol+” qəzetinə verdiyi müsahibə lap yerinə düşdü. Zaur Axundov müsahibəsində "Keşlə”dən qovduğu Yuri Maksimovla münasibətlərindən danışıb. Əvvəlcə deyib ki, Maksimovdan hesabat tələb edirdim. Nizam-intizamın olması mənim üçün vacibdir, önəmlidir, həyati əhəmiyyətlidir, peşəkarlıqdır, nə bilim nədir. Əla ey, əla. Əsl peşəkar belə olar. İşgüzar imicin sanbalı necə lazımdır, elədir. Növbəti sualda isə deyir ki, Maksimova tapşırdım, Raufla Fuadı meydana buraxma. Daranq, part, zırt, pırt... Burda peşəkarlıq, işgüzar imic əvvəlcə dombalaq aşır, sonra salto vurur, daha sonra paralel qollarda yellənir. Peşəkar ey... Baş məşqçiyə göstəriş verir ki, filan oyunçunu meydana burax, filankəsi də buraxma. Buna deyirlər özün öz işgüzar imicini dağıtmaq.

Daha sonra isə deyir ki, Maksimov Elnur Cəfərovu bəyənməmişdi, amma biz onu komandaya götürdük. Bununla da "nizam-intizam”la bağlı imicin də içinə möhkəm hava buraxmış olub. Elnur Cəfərov oynadığı futbolla yox, intizamsızlığı ilə tanınıb. Belə futbolçunu komandasına ancaq və ancaq Koroğlu götürərdi. Koroğluya dəli-dolu adamlar lazım olub axı.

Zaur müəllim, Mətbuat Şurasına müraciət etmək sizin haqqınızdır. İstəsəz, bu yazıdan sonra lap məndən də şikayət edə bilərsiz. Amma məsləhətdir ki, şikayətin motivini dəyişəsiz.

Vallah, billah, müsahibəni o baş-bu başa var-gəl etdim, Zaur Axundovun işgüzar imicinə rast gələ bilmədim ki, bilmədim. O işgüzar imici Elçinlə Vüsalın da zədələdiyini güman etmirəm. Sizin nə vaxtsa işgüzar imiciniz olubsa (hərçənd buna da inanmıram), onu özünüz dağıdıbsız. Bərəkət haqqı!

Mənbə: Komanda.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 İyun 2025
18:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:48

"Sabah": 3 oyun, 3 darmadağın

17:30

Azərbaycan cüdoçusu "bürünc" uğrunda yarışacaq

17:11

AFFA-dan "Şamaxı"nın məşqçisi ilə bağlı yeni qərar

16:53

"Səhv etməyə haqqımız yoxdur" - Qattuzo milludə nəyi dəyişmək istəyir?

16:34

Avrokubok perspektivi - Klublarımızdan nə gözləyək?

16:15

"Bu kluba həyatımı da verməyə hazıram"

15:57

"Bir qədər məyusam, çünki..." - Trent Aleksander-Arnold

15:22

MY dünya çempionunu bu qiymətə ala bilər

15:04

Azərbaycan millisinin Ukrayna ilə səfər oyununun yeri bilindi

14:45

Hakan Çalhanoğlu "Qalatasaray"da? - Klub prezidenti açıqladı

14:26

Riera "Sabah"la bağlı danışdı

14:08

"Araz-Naxçıvan" braziliyalı müdafiəçi ilə anlaşdı

13:50

La Liqa klubu milli üzvünün keçidini reallaşdırdı

13:32

Avarçəkmə üzrə açıq Bakı birinciliyi keçirilib - FOTOLAR

13:14

"Yuventus"un baș məşqçisi darmadağını belə şərh etdi

12:55

Ehtiram Quliyev alman mütəxəssislə görüşdü

12:36

Xabi Alonso "Real Madrid"dən narazı qalıb - "Gördüklərim xoşuma gəlmədi"

12:17

Ərəblər Leaunu "Bayern Münhen"in əlindən alır - Danışıqlar başladı

11:58

Azərbaycan millisi Farer adalarına yollandı

11:40

Vüqar Nadirov "Şəmkir"dən getdi

11:21

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:02

"Zirə"nin rəqibində 3 yeni müqavilə: Ötən yay Bakıya gələn futbolçu ilə anlaşdılar

10:43

Klublararası dünya çempionatında 2-ci tur başlayır - Messi ilk qələbəyə sevinə biləcək?

10:23

Kresponun yeni iş yeri bilindi

09:46

Dünya çempionatı: Azərbaycanın son cüdoçusu mübarizəyə başlayır

09:24

Runi məşqçilik karyerasını dayandırdı - Özü açıqladı

09:00

"Yuventus" ABŞ-də coşdu

01:08

Klublararası dünya çempionatı: "Real Madrid" "Əl-Hilal"la bacarmadı

18 İyun 2025
23:54

Ramos "İnter"lə oyunda sabiq "İnter"linin rekordunu yenilədi

23:36

"İnanıram ki, "Hayduk" səddini keçə biləcəyik" - Rəşad Sadıqov

23:18

Qvardiola Qrilişin gələcəyi ilə bağlı nə danışdı?

22:50

Bernardu Silvanın yeni mövsümə harada başlayacağı bilindi - Özü açıqladı

22:23

Zelim Kotsoyev dünya çempionatında "bürünc" qazandı

21:58

"Mançester Siti" klublararası dünya çempionatına inamlı qalibiyyətlə başladı

21:06

"Kəpəz" və "Panatinaikos" rəsmiləri arasında görüş olub

20:39

Yeniyetmələr arasında Liqa yarışının II turu başa çatdı

20:18

Bakıda D kateqoriyalı məşqçi kursları başladı

19:51

"İndiki məqamda əsas işimiz komandanı..." - Elmar Baxşıyev

19:20

"Qarabağ" rəsmiləri "Fənərbağça"nın prezidenti ilə görüşdülər

Facebookdan bizi izləməyi unutmayın.
X