"Qəbələ”nin sabiq müdafiəçisiRikardinyo yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, İngiltərənin I Liqasında çıxış edən "Oksford Yunayted”dən ayrılan 33 yaşlı arxa xətt oyunçusu karyerasını Hollandiyada sürdürəcək.
Braziliyalı futbolçu I Liqada mübarizə aparan "Tvente" ilə 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, tam adı Rikardo Ferreyra da Silva olan futbolçu 2015-2017 aralığında "Qəbələ”nin uğurları üçün tər töküb.
Fanat.Az