Veteran futbolçu, "Səbail"in sabiq baş məşqçisi Samir Əliyevin yeni iş yeri məlum olub.
Sport7.az-a açıqlama verən Samir bəy vaxtilə baş məşqçisi olduğu "Səbail"in akademiyasında çalışacağını bildirib. Amma bununla yanaşı Premyer Liqadan gələcək hər hansı təklifi də dəyərləndirməyə hazır olduğunu söyləyib: "Hələ ki, istirahətdəyəm. Hər şey normaldı. İnşallah "Səbail"in akademiyasında koordinator kimi çalışacam. Əlbəttə baş məşqçi kimi işləmək təklif olunsa buna hazıram. "Səbail"in baş məşqçisi postundan ayrılandan sonra Premyer Liqadan təklif var idi. Düzdü həmin dövrdə konkret cavab verməyə tələsmədim. Elə bir vaxta düşdü ki, komandadan ayrılmaq istəmirdim, amma sonradan qismət belə oldu. Deməzdim ki, sərfəli idi. Sadəcə, elə bir vaxta düşdü ki, dəyərləndirmədim. Əvəzimə başqa məşqçi götürdülər. İndi elə təklif gəlsə razılaşaram. Gələcəkdə nəsə dəvət olsa, niyə də işləmirəm? Öz bacarığıma, gücümə güvənirəm. Hələ nə etmişəm ki? Fikrimcə, hər şey qarşıdadı.
"Səbail"dən akademiyada işləməklə bağlı təklif oldu. Açığı, futbolsuz qalmamaq üçün qəbul etdim. Həm bu məktəbi də keçmək lazımdı. Çünki uşaq futbolu da, ümumi futbolun bir hissəsidi. Akademiya fəaliyyətə başlayıb. Xeyli, 10 yaşdan, 14 yaşa qədər uşaq var. Düzdü mənim üçün yeni işdi, amma yəqin ki, yavaş-yavaş uyğunlaşacağam. Çətinliklər var, yaxşı olar. Əlbəttə, daha çox baş məşqçi kimi çalışmaq istəyirəm. Olar, olar, olmaz da, olmaz, bu futboldu.
Akademiyada çalışmaq da futbol sahəsinə aiddi. Təklif gəlsə, həm koordinator, həm də baş məşqçi kimi çalışmaram. "Bir əldə iki qarpız tutmaq olmaz". Bu mənim prinsiplərimə ziddi. Məncə düzgün deyil. Çünki 9 yaş qrupunun hamısına nəzarət etməlisən, çox məsuliyyətli işdi. Sır işsiz qalmamaq, futboldan ayrılmamaq üçün təklifi qəbul etdim ki, özümü burda da sınayım. Hər halda uşaq futboludu. U-19-da və əvəzedicilərdən ibarət komandalarda işləmişəm. Düzdü bunlar daha aşağı yaş qruplarıdı, amma təcrübəm az da olsa var".
Fanat.Az