2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Zirə” daha bir futbolçunu heyətinə qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi serbiyalı müdafiəçi Miloş Radivoyeviçlə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu son olaraq İsrailin "Hapoel” (İroni Kiryat-Şimona) komandasında çıxış edib. O, daha əvvəl ölkəsinin "Sindeliç”, "Borça”, "İnciya”, "Vozdovaç”, "Radinski” və "Rad” klublarının formasını geyinib.
Fanat.Az