"Neftçi”nin futbolçusu Ruslan Abışov əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, Almaniyada baş tutan əməliyyat uğurlu keçib.
Kapitan bununla bağlı klubun rəsmi saytına açıqlama verib: "Özümü yaxşı hiss edirəm. Əməliyyat normal keçdi. Hər şey qaydasındadır. Həkimin rəyinə görə, üç aydan sonra Almaniyada 4 həftəlik bərpa keçib, komanda ilə məşqlərə başlaya biləcəm. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.
Qeyd edək ki, Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt” komandası ilə cavab oyununda zədələnən Abışovun sol dizində ön çarpaz bağ tam qopmuş, meniski cırılmışdı.
Fanat.Az