Kamerun millisinin yeni baş məşqçisi açıqlanıb.
Fanat.Az Kamerun Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yığmaya rəhbərlik holland mütəxəssis Klarens Zeedoorfa tapşırılıb. Ona həmyerlisi Patrik Klüyvert yardım edəcək.
Qeyd edək ki, Zeedoorf futbolçu karyerası ərzində "Ayaks", "Sampdoriya", "Real", "İnter", "Milan" və "Botafoqo" klublarında çıxış edib, Hollandiya millisində keçirdiyi 87 oyunda 11 qol vurub. 2014-cü ildə məşqçiliyə başlayan 42 yaşlı mütəxəssis İtaliyanın "Milan”, Çinin "Şençjen” və İspaniyanın "Deportivo” klublarını çalışdırıb.
Patrik Klüyvert isə futbolçu karyerası ərzində "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill" klublarının formasını geyinib, Hollandiya millisində keçirdiyi 79 oyunda 40 qola imza atıb. 42 yaşlı mütəxəssis indiyədək Hollandiyanın "Alkmaar", "Niymegen", Avstraliyanın "Brisbane Roar" klublarında, həmçinin Hollandiya millisində məşqçi işləyib, "Ayaks" və "Tvente"nin gənclər komandasını, həmçinin Kuraçao yığmasını çalışdırıb. O, 2016/17 mövsümündə PSJ-nin idman direktoru olub.
Fanat.Az